AZ

C və E vitaminləri ilə zəngindir: Gündə 1 ədəd yemək ürəyi qoruyur və qocalmanı gecikdirir

C və E vitaminləri ilə zəngindir: Gündə 1 ədəd yemək

Şirin və turş dadı ilə tanınan kivi, sağlamlıq üçün çoxlu faydalar təmin edir. C vitamini və antioksidantlarla zəngin olan bu meyvə qocalmanı gecikdirməyə, dəri sağlamlığını yaxşılaşdırmağa, toxunulmazlığı artırmağa, həzmi dəstəkləməyə, qan təzyiqi və xolesterin səviyyəsini tənzimləməyə kömək edir. Yüksək lif və aşağı kalorili tərkibi də çəki idarə etməyə kömək edir. Daimi istehlak ağciyər funksiyasını və ümumi sağlamlığı yaxşılaşdıra bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kivinin faydalarını təqdim edir:

Yaşlanmanı gecikdirir: C vitamini kollagen istehsalını artırır, dərini elastik saxlayır.

Xolesterolu azaldır: Gündə 2-3 kivi qan dövranını yaxşılaşdırır, təzyiqi tarazlayır.

Ağciyərləri gücləndirir: Astma simptomlarını azalda bilər.

Həzmə kömək edir: Aktinidin fermenti və liflər qidaların parçalanmasını asanlaşdırır.

Qan təzyiqini tənzimləyir: C vitamini və lutein sayəsində təzyiqi aşağı salır.

İmmuniteti gücləndirir: Yüksək C vitamini infeksiyalara qarşı qoruyur.

Çəkiyə nəzarət edir: Aşağı kalorili və lifli olması toxluq hissini artırır.

Kivi həm təbii şirin-turş dadı, həm də sağlamlıq üçün faydaları ilə mükəmməl seçimdir!

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
34
e-saglam.az

1Mənbələr