AZ

Moskvada 11 milyon dollara ada satılır

Yazını böyüt
Yazını kiçilt

Satışa çıxarılan şəxsi adalar xəbərləri adətən Karib dənizində tez-tez gündəmə gəlsə də, bu dəfə oxşar fürsət Moskva ətrafında yaranıb.

Hafta.az-ın yazdığına görə, Moskvadan 40 kilometr aralıda – Moskva çayında yerləşən ada 1 milyard rubl (təxminən 11 milyon dollar) qiymət etiketi ilə satışa çıxarılıb. Ramenki bölgəsində, Sofyino və Timonino şəhərləri arasında yerləşən 66,8 hektarlıq ada tamamilə su ilə əhatə olunub və investorlarını gözləyir.

“Filatoff Inc”in məlumatına görə, ada təkcə torpaq sahəsi kimi deyil, həm də böyük investisiya layihəsi ilə satılır. Planlaşdırılan layihəyə lüks villa kompleksi, şəxsi yaxta klubu və mayak daxildir. Hazırkı sahibinə görə, bu layihədən əldə edilən ümumi mənfəətin 12,5 milyard rubla (140 milyon dollar) çatacağı gözlənilir.

Bununla belə, xəbərə görə, ada təkcə investorlar üçün deyil, həm də şəxsi mülk axtarışında olanlar üçün cəlbedici seçim ola bilər. Sahibinin sözlərinə görə, kifayət qədər büdcəsi olanlar adanı tamamilə öz ehtiyaclarına uyğunlaşdıra və hətta öz adlarını verə bilərlər. Hələlik adada ciddi alıcı yoxdur.

Seçilən
57
hafta.az

1Mənbələr