AZ

Qazaxıstandandan Azərbaycana taxıl tədarükü artıb

Bakı. Trend:

Bakı Taxıl Terminalı ilə Qazaxıstandan Azərbaycana taxıltədarükü 1,5 milyon tona çatıb.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan və Azərbaycan kənd təsərrüfatınazirliklərinin nümayəndələri arasında keçirilmiş işçi qrupun ilkiclasında elan olunub.

Görüş çərçivəsində Qazaxıstanın kənd təsərrüfatı vitse-naziriErmek Kenjexanulı və Azərbaycanın kənd təsərrüfatı nazirininmüavini Zeynalov Elçin Razim oğlu aqrar sektorda ikitərəfliəməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər qeyd ediblər ki, işçi qrupun yaradılması qarşılıqlıəlaqələrin gücləndirilməsinə və tərəfdaşlığın əsas istiqamətlərininmüəyyən edilməsinə hədəflənib.

İki nazirliyin nümayəndələri Qazaxıstandan Azərbaycana kəndtəsərrüfatı heyvanlarının cins materialının (sperma) Azərbaycanatədarükünün perspektivlərini, həmçinin kənd təsərrüfatıbitkilərinin toxum mübadiləsi, ekoloji sort sınaqlarının aparılmasıvə elmi konfranslarda iştirak məsələlərini müzakirə ediblər. Bundanəlavə, iki ölkənin aqrar universitetləri arasında birgə təhsilproqramlarının və ikili diplom təhsilinin inkişafı məsələsi dəgündəmə gətirilib.

İclasın yekunlarına görə, tərəflər kənd təsərrüfatı sahəsindəəməkdaşlığı davam etdirməyə, konkret layihələri təfsilatlı şəkildəişləyib-hazırlamağa və nəzərdə tutulan planları həyata keçirməyərazılaşıb.

Qeyd edək ki, 2024-cü ildə Qazaxıstan və Azərbaycan arasındakənd təsərrüfatı məhsulları ticarət dövriyyəsi illik 5,6 faizartaraq 78,6 milyon ABŞ dolları təşkil edib. Qazaxıstandan idxal64,2 milyon ABŞ dollarına çatıb ki, bu da ümumi ixracın 81,6faizini təşkil edir.

Seçilən
45
az.trend.az

1Mənbələr