AZ

Moskva avropalı sülhməramlıları görmək istəmir

AzVision.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov belə bəyanatla çıxış edib.

“Birincisi, Avropa İttifaqı (Aİ) qərəzsiz deyil,sülhməramlılar isə qərəzsiz olmalıdır. İkincisi, Rusiya qəti şəkildə buna qarşıdır. Ümumiyyəltə, Avropa kontingentinin yerləşdirilməsi ideyasının özü yumşaq desək, çox şübhəlidir”,- rusiyalı diplomat öz Telegram-kanalında yazıb.

Avropa nala-mıxa vurdu:Mövqelər
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sülhməramlı qüvvələrin yerləşdirilməsinin yalnız iki tərəfin razılığı ilə mümkün olduğunu bildirib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bildirib ki, bu barədə Rusiyadan heç kim heç nə soruşmayıb.

“The Telegraph” nəşrinin yadığına görə, Böyük Britaniya və Fransa Ukraynaya 30 minə qədər hərbçi göndərmək niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
29
azvision.az

1Mənbələr