AZ

2025-ci ildə Orta dəhliz üzrə yükdaşımaların planlaşdırılan həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ilə Orta dəhliz üzrə yükdaşımaları planında 2,5 milyonton həcm, o cümlədən iyirmi futluq ekvivalentdə 96 min konteynernəzərdə tutulur.

Trend xəbərverir ki, bunu “Transxəzər beynəlxalq nəqliyyat marşrutu”beynəlxalq assosasiyasının baş katibi Heydər Abdikerimovassosasiyasının Bakıda keçirilən iclasında bildirib.

O qeyd edib ki, 2025-ci il üçün təsdiqlənmiş planın icrası üçündəmir yolu və liman administrasiyaları, yükdaşıma operatorları,eləcə də gəmiçilik şirkətləri yüklənmiş vaqon və konteynerlərinsərhəd keçid məntəqələrində, limanlarda və Xəzər və Qara dənizsahilində yerləşən liman stansiyalarında əsassız gecikmələrin vədayanma müddətinin qarşısını almalıdır.

Bununla da qatarların müəyyən olunmuş vaxtda maneəsiz keçiditəmin edilməlidir.

Seçilən
15
1
az.trend.az

2Mənbələr