Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Keniya millisinin üzvü Conston Omoruanı heyətinə qatıb. 26 yaşlı futbolçunun “sarı-göylər”də qazanacağı məbləğ də bəlli olub.
Omorua “Kəpəz”də aylıq 15 min dollar maaş alacaq. Müdafiəçi artıq komandanın düşərgəsindədi.
Onunla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.