AZ

Demokratlar Trampa Ukrayna ilə bağlı problem yaratmağın yolunu tapıb

Demokratlar Senatda müxtəlif xarici siyasət postlarına üç namizədin təsdiqlənməsi ilə bağlı keçirilən dinləmələr zamanı problem yaratmaq istəyirlər. Səbəb ölkənin NATO-ya sadiqliyi və Ukraynaya dəstəyin yenidən davam etdirilməsinə nail olmaqdır.

Herbiand.az bildirir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə, söhbət ABŞ-ın NATO-dakı səfiri postuna namizəd Metyu Uitakeredən, eləcə də dövlət katibinin müavinləri postu uğrunda mübarizə aparan Maykl Riqas və Kristofer Landaudan gedir.

“NATO ilə münasibətlər, Ukrayna ilə münasibətlər (...) bunlar hamısı böyük problemlərdir”, - portal demokrat senator Ceff Merklinin sözlərindən sitat gətirir.

Konqresin bir neçə digər üzvü də Şimali Atlantika Alyansına sadiqliyi və ictimai dəstək tələb edəcəklərini soruşacaqlar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr