AZ

İsrail portalı Xocalı soyqırımından yazıb

İsraildə fəaliyyət göstərən “Israel National News Arutz Sheva” xəbər saytında Xocalı soyqırımı ilə bağlı “Paylaşılan ağrı. Yəhudi icmaları soyqırımı qurbanlarının xatirəsini yad edir” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məqalədə İsraildə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanəsilli minlərlə yəhudinin 33 il əvvəl Xocalıda törədilən qətliam qurbanlarının xatirəsini yad etdiyi bildirilir. Qeyd olunur ki, yəhudi icmaları Xocalıda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq şamları yandırır, dualar oxuyur və mərasimlər keçirirlər.

Bakıdakı Səfərad icmasının ravvini Zamir İsayev İsraildə 2023-cü il oktyabrın 7-də baş vermiş qətliam zamanı azərbaycanlıların İsrailə böyük dəstək nümayiş etdirdiklərini vurğulayıb. Ravvin rəhbərlik etdiyi yəhudi məktəbində Xocalı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirildiyini də diqqətə çatdırıb.

Məqalədə xüsusi qeyd olunur ki, Azərbaycanda İsrail dövlətinə və yəhudilərə münasibətdə həmrəylik nümayiş etdirilir.

Materialda İsraildə Xocalı faciəsinin anım mərasimini təşkil edən “Azİz” İsrail - Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının prezidenti Adam Amilov bu fikirləri də yer alıb: “Azərbaycan və İsrailin ortaq ağrıları iki xalq arasında ümid və birlik körpüsünə çevrilib, beynəlxalq arenada diplomatik əlaqələri və qarşılıqlı dəstəyi gücləndirib”.

Seçilən
33
6
yeniazerbaycan.com

8Mənbələr