AZ

100 dollarlıq əskinasda Trampın fotosu olsun - TƏKLİF

100 dollarlıq əskinasda Benjamin Franklinin fotosunun yerinə Prezident Donald Trampın fotosunun həkk olunması təklif edilir.

“Cebheinfo.az” xəbər verir ki, təklif ABŞ konqresmenləri Brandon Gill və Troy Nehls tərəfindən irəli sürülüb.

Onlar "Altın Çağ 2025 Qanunu" adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıblar. 

Troy Nehls qanun layihəsi ilə bağlı açıqlamasında, “Amerikanı qızıl dövrə aparmaq üçün Donald Trampdan daha çox iş görən heç kimsə olmadı. Onun portretinin 100 dollarlıq əsginaslarda yer alması, qarşıdakı dörd il ərzində həyata keçirəcəyi işləri şərəfləndirməyin kiçik bir yoludur”, - deyə bildirib.

Brandon Gill isə həmkarlarının bu təklifə dəstək verməsini istəyib və “Gəlin tarix yazaq” ifadəsi ilə çağırış edib.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, 2028-ci il dekabrın 31-dən sonra çap olunacaq bütün 100 dollarlıq əsginaslarda Donald Trampın portreti yer alacaq.

Seçilən
19
cebheinfo.az

1Mənbələr