Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun iyunun 5-6-da ölkəsinə səfərini gözlədiyini bildirib. Bu barədə Rusiya mediası məlumat yayıb.
O qeyd edib ki, tərəflər artıq ilkin razılıq əldə ediblər. Siyasətçi onu da əlavə edib ki, rəsmi səfər ikitərəfli gündəmlə zəngin olacaq.
Simonyanın sözlərinə görə, o, rusiyalı həmkarına dəvəti hələ 2024-cü ilin noyabr ayının əvvəlində Düşənbədə çatdırıb. Eyni zamanda həmkarlar səfərin təfərrüatlarını müzakirə ediblər. Bundan başqa, Simonyan əlavə edib ki, bu yaxınlarda Matviyenko ilə artıq üç telefon danışığı reallaşdırıb.
Tural