AZ

AFFA 2 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, komitə II Liqada çıxış edən 2 komandaya texniki məğlubiyyət verib.

XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” oyunu ikincilərin təyin edilən vaxtda stadiona gəlməməsi ilə əlaqədar keçirilməyib. Buna görə “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət və 400 manat cərimə verilib.

“Ağdaş” – “Şimal” qarşılaşması da baş tutmayıb. Belə ki, “Ağdaş” vaxtında stadionu hazır vəziyyətə gətirməyib, matç günü planını pozub, AFFA nümayəndəsinin tələblərini yerinə yetirməyib, həmçinin qarşılaşmanın başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili arenada olmayıb. Bu səbəbdən “Ağdaş”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda həmçinin 250 manat cərimələnib.

Seçilən
1
msport.az

1Mənbələr