AZ

Bu forum daha ədalətli bir dünya qurmaq inamımızı gücləndirir - Fəxrəddin Altun

BAKI, TurkicWorld

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel iclası keçirilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,forum çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun onlayn çıxış edib.

O bildirib ki, Türkiyə dünyada ədalət və qlobal birlik ideyasına sadiqdir:

"Türkiyə olaraq beynəlxalq arenada ədalətin və bütövlüyün qorunmasına önəm veririk. Bizim bu baxışımız qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Son illərdə BMT-nin əsas missiyası və beynəlxalq proseslərə təsiri zəifləyib. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ‘Dünya beşdən böyükdür’ çağırışı daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır.” - deyə o bildirib.

Altun forumun əhəmiyyətini qeyd edərək,

"Keçirdiyimiz panel müzakirələri müxtəlif baxışları bir araya gətirərək daha güclü dialoq platforması yaratmağı hədəfləyir. Bu forum ədalətli bir dünyanın qurulması istiqamətində inamımızı daha da artırır.”- deyə vurğulayıb.

Seçilən
50
turkic.world

1Mənbələr