AZ

Qazaxıstan müdafiə sənayesinin inkişaf perspektivləri müzakirə edilib

Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının Almatı şəhərində keçirilən III Konfransında dövlət müdafiə sifarişinin formalaşdırılması və həyata keçirilməsinin prioritetlərini açıqlayıb.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, konfrans iştirakçıları müdafiə sektorunun inkişafının aktual məsələlərini müzakirə ediblər. Sahibkarların fikrincə, bir illik müqavilə müddəti mürəkkəb işlərin və yüksək texnologiyalı sifarişlərin yerinə yetirilməsi üçün kifayət etmir. Praktikada onlar bir çox komponentlərin çatdırılmasını tələb edir və hazırda logistika məsələləri müqavilənin pozulmasına gətirib çıxarır.

Qazaxıstanın müdafiə naziri müqavilələrin müddətinin üç ilədək uzadılması məsələsinə baxılmasını təklif edib, həmçinin dövlət orqanı və müdafiə-sənaye kompleksi müəssisələrinin birliyini yerli istehsalı inkişaf etdirmək, saxta sahibkarlıq, gizli idxal, əsassız qiymət artımı hallarını aşkar etmək üçün qüvvələri birləşdirməyə çağırıb.

“Bu gün müdafiə sənayesində 120-dən çox şirkət var, baxmayaraq ki, onların hamısı faktiki istehsalçı deyil. Onların bəziləri heç bir məhsul istehsal etmədən dövlət müdafiə sifarişi ilə maliyyə almağı hədəfləyir”, – deyə R.Jaksılıkov qeyd edib.

Nazirin sözlərinə görə, bu məsələni Müdafiə Nazirliyinin, Baş Prokurorluğun, Maliyyə Monitorinqi Agentliyinin və “Atameken” Milli Müəssisəsinin nümayəndələrindən ibarət komissiya yaratmaqla həll etmək olar. Bu komissiya özünü hərbi təyinatlı məhsul istehsalçısı kimi təqdim edən müəssisələri yoxlayır. Bundan əlavə, R.Jaksılıkov vurğulayıb ki, hətta xaricdən texnologiyalar alanda belə, Qazaxıstanda istehsalın daha da lokallaşdırılması aparılmalıdır.

Qazaxıstanın müdafiə naziri “Semipalatinsk” tank təmiri zavodunun bazasında klasterin yaradılmasının zəruriliyini bəyan edib: “İstehsalat obyekti təkcə zirehli tank texnikasının təmiri üzrə deyil, həm də silahların, artilleriya sistemlərinin, ötürücü güc bloklarının təmiri üzrə ixtisaslaşmalıdır. Bütün bunlar edilməlidir”.

Konfransın yekunları üzrə Qazaxıstan Müdafiə Nazirliyi və Müdafiə Sənaye Kompleksi Müəssisələri Assosiasiyası yerli müdafiə sənayesinin inkişafı üzrə vahid strateji platformanın hazırlanması üzrə birgə komissiyanın yaradılması barədə qərar qəbul edib.

General-polkovnik R.Jaksılıkov birlik üzvlərinin qaldırdıqları məsələlərin hamısının aktual olduğunu qeyd edərək, qiymətlərin tənzimlənməsi, müqavilələrin uzadılması ilə bağlı bir sıra göstərişlər verəcəyini açıqlayıb. O, həmçinin Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupu çərçivəsində bütün problemlərin həll oluna biləcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, 2025-ci il fevralın 13-də “Qazaxıstan Respublikasının dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında” Qazaxıstan Prezidentinin fərmanının qəbulu ilə dövlət müdafiə sifarişinin formalaşdırılması vəzifələri ölkədə Müdafiə Nazirliyinə verilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

0a9252570b539040e199f8c97b8e99f4

a2b92559985838f242780470f8a082a2

27a0fb4b847680da6c0c53dc0c85efdd

4b99fe30a276abc8f18f896583a574d7

a7eb000eac81a9ea63a5396ac9bfcf96

Seçilən
36
poliqon.az

1Mənbələr