AZ

"iPhone 17"də kiçik inqilab: Simmetrik dinamik dizaynı gəlir

"Apple" şirkətindən sızan CAD təsvirləri "iPhone 17" modellərinin alt hissəsində simmetrik dinamik dəliklərinin olacağını göstərir. Bəs "Apple" bu dəyişikliyi hansı məqsədlə həyata keçirir?

Valyuta.az xəbər verir ki, yeni telefon seçərkən ilk növbədə səs keyfiyyətinə diqqət yetirməmək mümkündür. Lakin səs keyfiyyətinə xüsusi önəm verən insanların sayı az deyil. Məhz bu səbəbdən minlərlə dollar dəyərində yüksək səs keyfiyyəti təqdim edən avadanlıqlar istehsal edən şirkətlər fəaliyyət göstərir.

Mobil telefonlar baxımından da səs keyfiyyətinin vacibliyini qəbul etmək lazımdır. Axı izlənilən videonun səsində problem yaşamaq kiminsə istəyidir? Apple şirkətindən yayılan bəzi görüntülər "iPhone 17" modellərinin dinamiklərinin yenilənəcəyini göstərir.

Aşağıda təqdim edilən CAD təsvirləri "X" sosial şəbəkəsində paylaşılıb və iddiaya görə, birbaşa "Apple" şirkətindən sızıb. Bu görüntülər "iPhone 17", "iPhone 17 Air", "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin alt hissəsinə baxış imkanı yaradır.

 

 

Standart "iPhone 17" modelində "iPhone 16" ilə müqayisədə ciddi dəyişiklik nəzərə çarpmasa da, həm "iPhone 17 Pro", həm də "iPhone 17 Pro Max" modellərində hər iki tərəfdə eyni sayda dinamik dəliyinin olduğu görünür. Bununla da "Apple" şirkətinin "iPhone 16" modelində istifadə etdiyi asimmetrik dinamik dizaynından imtina etdiyi anlaşılır. Xatırladaq ki, "iPhone 16" və daha əvvəlki bir çox "iPhone" modellərinin alt kənarındakı dinamik dəlikləri sağ və solda fərqli sayda idi.

Paşa Məmmədli

Seçilən
29
1
valyuta.az

2Mənbələr