Bakı. Trend:
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsitərəfindən təşkil olunan "Stratcom Public Forum" çərçivəsində "DahaƏdalətli Bir Dünya Mümkündür" adlı panel iclası keçirilib.
Trend TurkicWorld-a istinadənxəbər verir ki, forum çərçivəsində Türkiyə PrezidentAdministrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri FəxrəddinAltun onlayn çıxış edib.
O bildirib ki, Türkiyə dünyada ədalət və qlobal birlik ideyasınasadiqdir:
"Türkiyə olaraq beynəlxalq arenada ədalətin və bütövlüyünqorunmasına önəm veririk. Bizim bu baxışımız qlobal miqyasdaTürkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Son illərdəBMT-nin əsas missiyası və beynəlxalq proseslərə təsiri zəifləyib.Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünyabeşdən böyükdür" çağırışı daha ədalətli bir dünyanın mümkünlüyünüvurğulayır" - deyə o bildirib.
F.Altun forumun əhəmiyyətini qeyd edib: "Keçirdiyimiz panelmüzakirələri müxtəlif baxışları bir araya gətirərək daha güclüdialoq platforması yaratmağı hədəfləyir. Bu forum ədalətli birdünyanın qurulması istiqamətində inamımızı daha da artırır" - deyəvurğulayıb.