Türkiyədə “Beşiktaş” və “Başakşehir”də çempionluq yaşayan, “Adana Demirspor”u isə 27 il aradan sonra Super Liqaya çıxaran heyətdə yer alan Gökhan İnler, idman direktorluğu karyerasına da möhtəşəm bir başlanğıc edib.
Offsideplus.az xəbər verir ki, əvvəlcə İtaliyadan, sonra isə UEFA-dan lisenziyasını aldıqdan sonra “Udineze”nin idman strukturlarının başına keçən gənc futbol adamı, son günlərdə İtaliyada ən çox danışılan adlardan birinə çevrilib. Qış fasiləsində həyata keçirdiyi transfer planlaması ilə komandanın toparlanmasında əsas rol oynayan “Udineze” İtaliya A Seriyasındakı son 5 matçdan 13 xal toplayaraq bütün diqqətləri üzərinə çəkib.