AZ

Tayvanın çip nəhəngi ABŞ-yə 100 milyard dollar sərmayə qoyacaq


Tayvanın çip nəhəngi Semiconductor Manufacturing Company (TSMC) ABŞ- dəki müəssisələrinə ən azı 100 milyard dollar sərmayə qoyacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Dövlət başçısının sözlərinə görə, pul Arizona ştatında beş qabaqcıl istehsal müəssisəsinin tikintisinə sərf olunacaq və bu, çoxlu yüksək maaşlı iş yerləri yaradacaq.
“Bizim üçün bu, həm iqtisadi təhlükəsizlik, həm də milli təhlükəsizlik məsələsidir” – Tramp bildirib.
O süni intellekt üçün ən güclü çiplərin Amerikada hazırlanacağını qeyd edib.
Tramp həmçinin qeyd edib ki, bu və bir neçə başqa layihə ABŞ-yə qlobal çip istehsalı bazarının 40%-ə qədərinə nəzarəti ələ keçirməyə imkan verəcək.
Seçilən
43
1
yeniavaz.com

2Mənbələr