UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini cərimələyib.
Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssisə hakimləri tənqid etdiyinə görə pul cəzası kəsilib.
Ranyeri Avropa Liqasının ilə pley-off mərhələsinin ilk oyunundan - "Portu" ilə matçdan (1:1) sonra hakimin rəqibə simpatiya göstərdiyini deyib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid atəşinə tutub
Həmin final qarşılaşmasında "Roma" "Sevilya"ya oyunsonrası penaltilərlə 1:4 hesabı ilə uduzub.
Ranyeri 20 min avro cərimələnibsə, "Roma" baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro ödəyəcək.