AZ

Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarına 10-15% rüsum tətbiq edir

Çin hökuməti martın 10-dan etibarən ABŞ-dən geniş çeşiddə kənd təsərrüfatı məhsulları idxalına 10-15% əlavə rüsumlar tətbiq edəcək və Ümumdünya Ticarət Təşkilatında (ÜTT) öz maraqlarını müdafiə etməyə hazırdır. Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi və Ticarət Nazirliyinin hesabatlarında deyilib.ABŞ-dən toyuq, buğda, qarğıdalı, pambıq - ümumilikdə 30-a yaxın mal - 15% əlavə rüsum tətbiq olunacaq.

Habelə, Amerika sorqomu, soya fasulyesi, donuz əti, mal əti, balıqçılıq məhsulları, meyvələr, tərəvəzlər və süd məhsulları üçün 10% əlavə rüsumlar tətbiq edilir. Siyahıya 700-dən çox adda kənd təsərrüfatı məhsulları daxildir.Xatırladaq ki, ABŞ prezidenti Çindən idxal olunan malların gömrük tariflərini 10%-dən 20%-ə qaldıran sərəncam imzalayıb . Çin hökuməti Donald Tramp administrasiyasının qərarına cavab olaraq, fəaliyyətinin əksəriyyəti Pentaqona xidmət göstərilməsi ilə bağlı 26 Amerika şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
50
missiya.az

1Mənbələr