AZ

Vens: “30-40 il ərzində döyüşməyən bir ölkənin əsgərləri Ukrayna üçün zəif müdafiə olacaq”

ABŞ-la iqtisadi tərəfdaşlıq Ukrayna üçün təhlükəsizlik baxımından daha effektiv təminat olacaq. Bu, öz ərazisinə 30-40 ildir hərbi əməliyyatlarda iştirak etməyən hansısa “təsadüfi ölkədən” hərbi personalın yerləşdirilməsindən daha keyfiyyətli olacaq.

Herbiand.az bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Jey Di Vens bildirib.

“Təhlükəsizliyin ən yaxşı təminatı amerikalılara Ukraynanın gələcəyi ilə bağlı iqtisadi perspektiv verməkdir. Bu, 30 və ya 40 il ərzində müharibə etməyən hansısa təsadüfi ölkədən gələn 20,000 əsgərdən daha yaxşı təhlükəsizliyə zəmanətdir” – Vens Fox News-a müsahibəsində deyib.

“Ukrayna üçün həm təhlükəsizlik, həm də iqtisadi təminat ölkənin bərpası və Amerikanın [Ukrayna ərazisində] uzunmüddətli maraqlarının olmasını təmin etməkdir. Oval kabinetə girib prezidenti təhqir etməklə və onun sülh planına əməl etməkdən imtina etməklə ora çatmazsınız” - deyə vitse-prezident yekunlaşdırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
143
20
herbiand.az

10Mənbələr