Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start götürəcək.
Fanat.Az xəbər verir ki, günün birinci matçında “Brügge” Belçikada “Aston Villa"nı qəbul edəcək.
Qalan 3 qarşılaşma eyni vaxtda reallaşacaq. İspaniyada Madrid derbisi oynanılacaq. "Arsenal" PSV-nin qonağı olacaqsa, Dortmund “Borussiya” Almaniyada “Lill” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:45. Brügge (Belçika) – Aston Villa (İngiltərə)
00:00. Borussiya (Dortmund, Almaniya) – Lill (Fransa)
00:00. PSV (Niderland) – Arsenal (İngiltərə)
00:00. Real Madrid (İspaniya) – Atletiko Madrid (İspaniya)