AZ

Bölgələrdə istismar müddəti bitən binalar söküləcəkmi? VİDEO

Mərkəzi kanalzasiya sistemi yoxdur, fasad örtüyü korlanıb, damı isə yağış sularını saxlamır. Bir sözlə yaşayış üçün yararsızdır.

Xezerxeber.az xəbər verir ki, söhbət regionlarda yerləşən və istimar müddəti başa çatan binalardan gedir.

Gəncə şəhəri Əziz Nəzərov küçəsində yerləşən 4 mərtəbəli yaşayış binası illərdir bu vəziyyətdədir.

Sakinlər deyirlər ki, binanın istismar müddəti 30 ildən çoxdur ki bitib. Kommunal xidmətlər daimi qaydasında olsa da mənzillərin ümumi vəziyyəti acınacaqlıdır. Ancaq binanın nə zaman sökülcəyi, əvəzində mülk sahiblərinə mənzil veriləcəyi və ya kompensasiya ödənəci məlum deyil.

Şəkinin Məmməd Əmin Rəsulzadə küçəsində  yerləşən binaların bir çoxu da artıq istismar müddətini başa vurub. 2,4 və 5 mərtəbən ibarət olan bu binalarda onlarla ailə məskunlaşıb ki, onlar da haçansa mənzillərinin sökülərək yenisi ilə əvəz olunacağı günü gözləyirlər.

Çəkiliş apardığımız zaman aydın oldu ki, istismar müddəti başa çatan rayonlarımızın sayı bununla da yekunlaşmır. Tovuz şəhərində də bəzi binalar var ki burada yaşıyanlar onların istismar müddətinin bitidiyini deyirlər.

Mİllət Vəkili Tahir Rzayev “Xəbər Ertəsi”nə bildirib ki, əgər bina istismar müddətini başa vurubsa onun paytaxtda və ya bölgdə yerləşməsindən asılı olmayaraq sökülməli və ya əsaslı şəkidlə təmir olunmalıdır.

Deputat deyir ki, hazırda bu istiqamətdə işlər aparılır.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr