AZ

Sevda Yahyayevanın evini bu hala qoydular - VİDEO

Müğənni Sevda Yahyayevanın həyat yoldaşı Zakir Bayramov övladlarının şən anlarını izləyiciləri ilə bölüşüb.

Yenisabah.az xəbər verir ki, o, qızları Aida və Aylanın oynayarkən evin altını üstünə çevirdiyi anları lentə alıb. Kadrlarda balacaların oyuncaqlarla əylənərkən evdə kiçik bir "qarışıqlıq" yaratdıqları görünür. Uşaqların enerjili və əyləncəli oyunları onların saf sevincini əks etdirib.

Zakir Bayramov paylaşımına zarafatla “Uşaqlar hər axşam evi bombalayırlar. İki bacı evi sökürlər” sözlərini əlavə edib.

Qeyd edək ki, Sevda Yahyayeva və Zakir Bayramov cütlüyü ailə həyatlarını media və sosial şəbəkələrdə çox da paylaşmırlar. Buna baxmayaraq, müğənninin övladları ilə bağlı yayımlanan azsaylı görüntülər izləyicilər tərəfindən hər zaman böyük maraqla qarşılanır.


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

2Mənbələr