Məşhur amerikalı aktyor Riçard Gir İspaniyanın əsas kino mükafatı "Qoya" mərasimində çıxış edən zaman ABŞ Prezdienti Donald Trampı sərt sözlərlə tənqid edib.
“AzPolitika” xəbər verir ki, aktyor Donald Trampı zalım və quldur ölkə başçısı adlandırıb.
“Bu, ABŞ-nin qaranlıq dövləridir. Bizim zalım və quldur bir prezidentimiz var. Amma avtoritarizm hər yerdədir. Biz bununla cəsarətlə mübarizə aparmalıyıq. Ayıq, enerjili və cəsarətli olmalıyıq. Və bunu izləyən hər kəs – İspaniyada və başqa yerlərdə olanlar ayağa qalxmağa, həqiqəti söyləməyə, dürüst olmağa hazır olmalıdır”, - Gir deyib.
Qeyd edək ki, aktyorun bu cəsarətli çıxışı zalda əyləşənlər tərəfindən böyük coşqu və alqışla qarşılanıb.
“AzPolitika.info”