AZ

Druz silahlı qruplaşması İsrailin planlarına qarşı çıxıb

BAKI, TurkicWorld

İsrail baş naziri Binyamin Netanyahunun Suriyanın cənubunda yaşayan druz icması vasitəsilə təxribatçı işğala zəmin hazırlamaq planları bölgədə gərginliyi artırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Suriyanın Sveyda əyalətindəki ən böyük druz silahlı qruplaşması olan "Şərəf Adamları Hərəkatı" İsrailin bu cəhdinə sərt cavab verib.

Hərəkatın sözçüsü Basim Əbu Fəxr İsrailin iddialarını rədd edərək, Suriya dövlətinin yanında olduqlarını və Netanyahu administrasiyasının bölgədə sabitliyi pozmaq istədiyini bildirib.

"Biz Suriyanın yanındayıq, dövlət qurumlarını dəstəkləyirik. Dəməşq hər zaman bizim kompasımız olub. Netanyahunun Suriyada druzları qoruduğuna dair iddialarını qınayırıq." - deyə o bildirib.

Əbu Fəxr qeyd edib ki, İsrail druzları manipulyasiya edərək bölgədə parçalanma yaratmağa çalışır.

Livandakı druz icmasının lideri Valid Cumblat da İsrailin məzhəbçi siyasət apardığını bildirərək, "İsrail bölgəni parçalamaq və Böyük İsrail ideyasını həyata keçirmək üçün məzhəblərdən istifadə edir. Ərəb liderləri məsuliyyəti öz üzərinə götürməlidir, əks halda çox gec olacaq." - deyib.

Cumblat, bölgədəki hadisələri müzakirə etmək üçün Dəməşqə gedəcəyini və Suriya prezidenti Əhməd Şara ilə görüş keçirmək istədiyini açıqlayıb.

Qeyd edək ki, Martın 1-də Netanyahu İsrail əsgərlərinə "Suriya ordusuna qarşı Ceremana bölgəsini qorumağı" əmr edib. Bu addım İsrailin Suriyada daha geniş hərbi müdaxiləyə hazırlaşdığı ehtimallarını artırır.

Seçilən
24
turkic.world

1Mənbələr