AZ

Peskov ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasından danışıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasının mümkünlüyündən danışıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "RT" məlumat yayıb.

“Bizim sanksiyalara münasibətimiz məlumdur, biz onları qanunsuz hesab edirik. Təbii ki, əgər ikitərəfli münasibətlərin normallaşdırılmasından danışırıqsa, o zaman onları sanksiyalar adlanan bu mənfi yükdən azad etmək lazımdır”- deyə, Peskov qeyd edib.

Eyni zamanda, bu məsələdə irəliləyiş baxımından Peskov qeyd edib ki, hər şey haqqında danışmaq yəqin ki, tezdir: “Biz heç bir rəsmi açıqlama eşitməmişik.”

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp gələcəkdə anti-Rusiya sanksiyalarının ləğvi imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.

Seçilən
14
ikisahil.az

1Mənbələr