İsrail müdafiə naziri Qəzzəyə hücumla hədələyib. Belə ki, nazir Yisrael Kats İsrail əsirlərinin qısa müddətdə azad edilməməsi halında "cəhənnəmin qapılarının açılacağını" bəyan edib və Qəzza Zolağına yenidən hücum edəcəkləri ilə hədələyib.
Yenisabah.az xəbər verir ki, İsrail daha əvvəl Qəzzayə humanitar yardımların girişini dayandırmışdı. Nazir Kats İsrailin keçmiş baş naziri Menahem Beginin ölüm ildönümü ilə bağlı tədbirdə çıxış edərək Qəzzada atəşkəs və əsir mübadiləsi danışıqları barədə danışıb. O, hücumların yenidən başlaya biləcəyini vurğulayıb.
Kats Qəzzaya humanitar yardımın dayandırılmasının "sadəcə bir başlanğıc" olduğunu deyərək "Əgər HƏMAS əsirləri tez bir zamanda azad etməsə, Qəzzanın qapıları bağlanacaq və cəhənnəmin qapıları açılacaq", - ifadəsini işlədib.
İsrailin müdafiə naziri Tel-Əvivin Misirin iki ölkə arasında imzalanmış sülh müqaviləsini pozmasına icazə verməyəcəyini bildirib. O, Misirin ən böyük və güclü ərəb ölkəsi olduğunu qeyd edərək, "Nə onların sülh müqaviləsini pozmasına, nə də sistematik pozuntulara icazə verməyəcəyik. Bu məsələ ilə ciddi məşğul oluruq, amma müqavilə hələ də qüvvədədir", - deyə bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız