AZ

Qanı 2,4 milyon körpəni xilas edən avstraliyalı vəfat edib

“BBC” yazır ki, dünyanın ən məhsuldar qan donorlarından biri, plazması 2 milyondan çox körpənin həyatını xilas edən avstraliyalı Ceyms Harrison dünyasını dəyişib.

88 yaşlı Harrisonun ailəsi onun fevralın 17-də Avstraliyanın Yeni Cənubi Uelsdəki qocalar evində yuxuda öldüyünü bildirib.

Qızıl qollu adam kimi tanınan Harrisonun qanında nadir anti-D anticisimləri var idi. Bundan qanı doğmamış uşaqlarına yoluxma riski olan hamilə qadınlara verilən dərmanların hazırlanmasında istifadə edilir.

Harrison 14 yaşında böyük döş əməliyyatı zamanı qan köçürdükdən sonra donor olmağa qərar verib. O, 18 yaşında qan plazması verməyə başlayıb və 81 yaşına qədər bunu iki həftədən bir etməyə davam edib. 2005-ci ildə o, ən çox qan plazmasının verilməsinə görə dünya rekordu qoydu. O, 2022-ci ilə qədər bu titula sahib olub, sonra onu ABŞ-dan olan bir nəfər qabaqlayıb.

Harrisonun qızı Treysi Melloşip atasının "heç bir xərc və əziyyət çəkmədən bu qədər insanın həyatını xilas etdiyi üçün çox fəxr etdiyini" söyləyib.

"O, həmişə deyirdi ki, bunun heç bir zərəri yoxdur və xilas etdiyin həyat sənin ola bilər,"- Treysi deyib. "Ceyms onun xeyirxahlığı sayəsində bizim kimi çoxlu ailələr haqqında eşitməkdən məmnun idi," – Melloship bildirib.

Anti-D peyvəndləri doğulmamış körpələri dölün və yeni doğulanların hemolitik xəstəliyi və ya HDFN kimi tanınan ölümcül qan pozğunluğundan qoruyur. Xəstəlik hamiləlik dövründə ananın qırmızı qan (eritrosit) hüceyrələri böyüyən körpənin qırmızı qan hüceyrələri ilə uyğun gəlmədikdə baş verir.

Almaz Həsənli

Seçilən
78
8
oxumeni.az

8Mənbələr