AZ

AFFA Fərəcovla Təhməzlini 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 16-cı turunun oyunlarına dair bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, 16-cı turun oyunlarındakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:

“Baku Sportinq” – “Cəbrayıl” oyunu polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Baku Sportinq” komandası 100 manat cərimə edilib. “Baku Sportinq”in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. “Baku Sportinq”in futbolçusu Orxan Fərəcov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Baku Sportinq” buna görə 300 manat cərimə edilib. “Cəbrayıl”ın futbolçusu Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Cəbrayıl” komandası buna görə 300 manat cərimələnib.

“Mingəçevir” – “Difai” oyununda “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İmişli” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” 100 manat cərimə edilib.

Seçilən
32
arena.az

1Mənbələr