AZ

Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınmasını artırmaq üçün ilk addımlar atılıb – Nazir

Bakı. Trend:

Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində çoxyaxşı əməkdaşlıq var. Bu gün Qazaxıstan nefti Azərbaycan üzərindəntranzit olaraq dünya bazarlarına gedir.

Trend xəbərverir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov yerliteleviziya kanallarına deyib.

Nazir qeyd edib ki, 2023-cü ilin mart ayından ötən ilin sonunakimi Azərbaycanın üzərindən 2,5 milyon ton neft daşınıb:

“Bu həcmlərin artırılmasına dair bizim konkret planlarımız var,hətta bu istiqamətdə ilk addımlar atılıb”

Nazir Orta Dəhlizin əhəmiyyətindən də danışıb:

“Sözsüz ki, nəqliyyat və Orta Dəhliz Azərbaycanı, Qazaxıstanı,eləcə də, regionun digər ölkələrini birləşdirən çox mühim birlayihədir. Azərbaycan və Qazaxıstan burada böyük rol oynayır.Ümumiyyətlə, son iki ildən bir qədər çox müddətdə iki ölkə arasında40-a qədər iki tərəfli sənədlər imzalanıb. Bütün bu faktlar bizimiki ölkə arasında əlaqələrimizin davam edəcəyinə çox gözəlsübutdur. Mən düşünürəm ki, qarşılıqlı səfərlə bu əlaqələrininkişafına çox böyük töfhə verir”.

Seçilən
36
1
az.trend.az

2Mənbələr