AZ

“Turan Tovuz” – “Zirə” matçına doğru: Kimlər oynamayacaq?

Misli Premyer Liqasının XXV turunda “Turan Tovuz” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, hər iki komanda da görüşə itkilərlə çıxacaq. Tovuz təmsilçisində uzun müddətdi zədəli olan Denis Marandiçi ilə Roderik Miller forma geyinə bilməyəcək. Onlarla yanaşı, kapitan Şəhriyar Əliyevin də durumu qeyri-müəyyəndi.

“Zirə”də də bu matç öncəsi itkilər var. Cəzalı Raael Utziqlə zədəli Ceyhun Nuriyev və Yusuf Laval bu oyunda komandalarına kömək edə bilməyəcəklər.

Xatırladaq ki, “Turan Tovuz” – “Zirə” matçı bu gün saat 17:30-da start götürəcək.

Seçilən
7
idmanxeber.az

1Mənbələr