Sumqayıt şəhərində avtomobildən meyit tapılıb.
Martın 3-ü saat 20 radələrində 2-ci mikrorayon ərazisində "Mercedes" markalı 10 VF 250 N-li avtomobildə kişi meyiti aşkarlanıb.
Ölən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş (128, 178, 221-ci maddələr üzrə) 1975-ci il təvəllüdlü Sahib Lətif oğlu Məmmədov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.