AZ

Rusiya-ABŞ normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır - Peskov

Rusiya-ABŞ normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır - Peskov

Rusiya-Amerika münasibətlərinin normallaşması sanksiyalar yükünün azaldılmasını nəzərdə tutmalıdır.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. Bununla belə, o qeyd edib ki, hazırda belə planlara dair heç bir məlumat yoxdur.“Bizim sanksiyalara münasibətimiz məlumdur, biz onları qeyri-qanuni hesab edirik. Əlbəttə, əgər söhbət ikitərəfli münasibətlərin normallaşdırılmasından gedirsə, o zaman onları sanksiyalar adlanan bu mənfi yükdən azad etmək lazımdır” - deyə Kreml nümayəndəsi bildirib.Peskov qeyd edib ki, bununla bağlı indiyədək heç bir rəsmi açıqlama verilməyib.

Seçilən
37
afn.az

1Mənbələr