FİFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini yenidən İsveçrədə məhkəmə qarşısına çıxıb.
Publika.az xəbər verir ki, Yozef Blatter və Mişel Platini 2011-ci ildə FIFA-nın hesabından ikincinin xeyrinə qanunsuz olaraq 2 milyon İsveçrə frankı (1,8 milyon avro) köçürməkdə ittiham olunurlar.
2022-ci ildə hər iki keçmiş funksioner bəraət qazanıb, lakin İsveçrə prokurorluğu apellyasiya şikayəti verib. İndi işə İsveçrə Cinayət Məhkəməsinin Apellyasiya Palatası baxır. İttiham tərəfi ödənişin qanunsuz olduğunu və FİFA-ya maddi ziyan vurulduğunu iddia edir.
Prokurorluq Blatter və Platiniyə 20 ay həbs cəzası tələb edir. Təqsirləndirilən şəxslər ittihamları rədd edərək, bu vəsaitin Platininin konsaltinq işi üçün ödəndiyini deyirlər.