AZ

Alim Bayel: Qazaxıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir. İlk dəfə olaraq Bakıda Qazaxıstan universitetlərinin sərgisi təşkil olunacaq.

AZƏRTAC-ın xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada deyib. O, həm Qazaxıstanda, həm də Azərbaycanda təhsil sahəsində geniş islahatlar aparıldığını vurğulayaraq, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Alim Bayel əlavə edib ki, Qazaxıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.

Seçilən
13
azertag.az

1Mənbələr