Vaşinqtondan hərbi yardımın dayandırıldığı barədə xəbərlərə baxmayaraq, Ukrayna hələ də ABŞ-dan kəşfiyyat məlumatı alır. AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" hərbi-siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.“Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya onun mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - agentliyin mənbəsi bildirib.Qeyd edək ki, "Reuters" Ağ Evin sözçüsünə istinadən xəbər verir ki, Tramp Kiyevə bütün hərbi yardımların dayandırılması barədə göstəriş verib. Daha sonra Pentaqonun nümayəndəsi TASS-a bu məlumatı təsdiqləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta