AZ

Qarabağ Universiteti Qazaxıstanın aparıcı universitetlərinin dəstəyini alacaq - Nazir

Bakı. Trend:

Qazaxıstan ən yaxşı müəllimlərini tələbələrə dərs deməyəgöndərməklə Qarabağ Universitetinə dəstək verəcək.

Trend xəbərverir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri SayasatNurbek bu gün ADA Universitetində Azərbaycan və Qazaxıstan arasındaali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə həsr olunmuşdəyirmi masadan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Qarabağ Universitetində ingilis dilində dərs deyəcək ən yaxşı10-15 müəllimimizi göndərəcəyik. Onlar riyaziyyat, biologiya,kimya, süni intellekt və kompüter mühəndisliyi üzrəmütəxəssislərdir", - nazir bildirib.

Bundan başqa, Qarabağda təhsil almaq istəyən Mərkəzi Asiyadanolan tələbələr üçün xüsusi təqaüd proqramının yaradılması danəzərdən keçirilir: "Bunun qardaş xalqımız üçün nə qədər vacibolduğunu anlayırıq və buna dəstək verməyə hazırıq”.

Təhsil və elm sahəsində daha geniş əməkdaşlıqdan danışan nazirqeyd edib ki, Qazaxıstan hər il azərbaycanlı tələbələr üçün 12təqaüd ayırır, həmçinin akademik mübadilələri inkişaf etdirir.Hazırda Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isəQazaxıstandan 80-ə yaxın tələbə təhsil alır.

Sayasat Nurbek həmçinin bildirib ki, ölkənin 22 aparıcıuniversitetinin nümayəndələrinin daxil olduğu Qazaxıstan nümayəndəheyətinin səfəri zamanı 40-a yaxın ikitərəfli saziş imzalanıb.Onların arasında birgə tədqiqatların, nəşrlərin və ekspertizalarınaparılmasını nəzərdə tutan elmi əməkdaşlıq haqqında saziş dəvar.

"İki ölkənin təhsil nazirlikləri arasında birgə qrant tədqiqatproqramının yaradılmasına xüsusi diqqət yetirilir. Elm FondumuzQazaxıstan tərəfində operator olacaq ki, bu da hər iki ölkəninalimlərinə birgə layihələr hazırlamağa və maliyyə vəsaiti almağaimkan verəcək", - o qeyd edib.

Nazir, həmçinin Azərbaycan Prezidenti yanında Ali AttestasiyaKomissiyası ilə Qazaxıstan alimlərinə Azərbaycanın elmijurnallarında nəşr edilmək imkanı verəcək yeni sazişin əhəmiyyətinivurğulayıb.

"Biz əlaqələrimizi təkcə strateji tərəfdaşlıq kimi deyil, həm dəqardaşlıq, türkçülük kimi qiymətləndiririk. Bizim ortaq tariximiz,dilimiz, dəyərlərimiz və dinimiz var. Ona görə də əməkdaşlığıinkişaf etdirəcək, birgə təhsil və elmi layihələrə keçəcəyik", -deyə o, yekunlaşdırıb.

Məqalədə:
Seçilən
26
3
az.trend.az

4Mənbələr