Rusiya Federasiyasının Buryatiya Respublikasının polis əməkdaşları Çindən Rusiyaya gələn xüsusi hərbi əməliyyatın iştirakçısı Qou Tszyanminə Rusiya pasportunu təqdim ediblər.
Herbiand.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb.
“Çinli Qou Tszyanmin xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl daimi yaşamaq üçün Rusiyaya köçdüyünü söylədi. İctimai iaşə sistemində öz biznesinə malik olmaqla, xüsusi hərbi əməliyyat fəaliyyətə başlaması ilə kənarda qalmadı və ölkəmizin qanuni maraqlarını müdafiə etmək üçün ayağa qalxdı”, - məlumatda deyilir.
Bildirilib ki, çinli xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayıb.
Ona Rusiya pasportunun təqdim edilməsi mərasimi Buryatiya Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin inzibati binasında keçirilib.
Bəxtiyar CƏFƏRLİ