AZ

Səbaildə marketdə saxta alkoqollu içkilər aşkarlandı - FOTOLAR

Bakı şəhəri, Səbail  rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus “Star” marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.      

AQTA-dan "Unikal"a verilən məlumata görə, bBaxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb. 

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Seçilən
12
13
unikal.az

10Mənbələr