AZ

Mahir Emrelidən möhtəşəm qol - VİDEO

  Azərbaycan mili komandasının futbolçusu Mahir Emreli şərəfini qoruduğu "Nürnberq" klubunda möhtəşəm qola imza atıb.

Referans xəbər verir ki, bu hadisə məşq prosesində yaşanıb.

Həmyerlimiz II Bundesliqada növbəti oyuna hazırlaşan nürnberqlilərin heyətində fəal məşq edir. O, bugünkü hazırlıq prosesində standart vəziyyətdən "doqquzluğ"a qarşısıalınmaz zərbə endirib.

Qeyd edək ki, Emreli "Nürnberq"də cari mövsümdə 4 qol vurub. Komanda hazırda 35 xalla 10-cu pillədə qərarlaşıb.



Seçilən
5
4
referans.az

5Mənbələr