AZ

ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması Kiyev üçün fəlakətdir - ÖZƏL

ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması Kiyev üçün gerçəkləşən bir qorxudur, deyə Avropa Həmrəyliyi Partiyasının deputatı Rostislav Pavlenko bildirib.

Olaylar.az xəbər verir ki, Pavlenko partiyasının Telegram kanalına verdiyi açıqlamada bu vəziyyəti "fəlakət" olaraq qiymətləndirib: "Bu, bir fəlakətdir. Bu vəziyyətdən çıxmaq heç bir ayrıcalıq, seçim deyil, rəhbərliyin məsuliyyətidir, çünki onlar bunun üçün səlahiyyətlərə və resurslara malikdirlər."

O həmçinin, vəziyyətin "adətən Ukrayna tarixində olduğu kimi daha da pisləşmədən əvvəl nə baş verdiyini öyrənmək lazımdır" deyə vurğulayıb.

Martın 3-də Reuters agentliyi, Ağ Ev rəsmisinə istinadən, ABŞ prezidenti Donald Trumpın Kiyevə hərbi yardımın dayandırılması əmri verdiyini xəbər vermişdi. Sonradan, Pentaqon sözçüsü TASS-a bu məlumatı təsdiqləyib.

Kiyev bu vəziyyəti katastrofik olaraq qiymətləndirir. Ukrayna parlamentinin deputatı, Rusiyanın Federal Maliyyə Nəzarət Xidmətinin "terrorçu və ekstremist" olaraq siyahıya aldığı Aleksey Gonçarenko, prezident Vladimir Zelenskini Trumpdan üzr istəməyə çağırıb. O hərbi yardımların dayandırılmasının, xüsusilə hava müdafiə sistemləri üçün mərmilər və HIMARS raketləri çatışmazlığına səbəb olacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr