AZ

7 nəfəri öldüüb, günahını etiraf etdi - FOTO

2022-ci ildə ABŞ-ın İllinoys ştatında silahlı hücumda 7 nəfəri öldürən, 50 nəfəri yaralayan Robert Krimo məhkəmədə bütün ittihamları etiraf edib.

Publika.az xəbər verir ki, Krimo “Lake County” Rayon Məhkəməsində keçirilən ilk iclasda cinayətini etiraf edib.

24 yaşlı şəxs 7 nəfərin ölümü və 50 nəfərin yaralanması ilə bağlı bütün 69 ittihamı boynuna alıb. 2011-ci ildə ştatda ölüm hökmü ləğv edildiyi üçün Krimonun ömürlük həbs cəzasına məhkum ediləcəyi gözlənilir.

Xatırladaq ki, Krimo ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 2022-ci il Müstəqillik Günü qeyd etmələri çərçivəsində keçirilən parada silahlı hücum edib.

Seçilən
21
publika.az

1Mənbələr