AZ

Nazirliyə məxsus gəmi - HƏRRACDA ÖZƏLLƏŞDİRİLİB - QİYMƏT

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər və gəmi özəlləşdirilib.

FHN-in avtomobilləri hərracda 25% daha bahaya satıldı - DETALLAR

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Açıq hərracın nəticələrinə əsasən, Müdafiə Nazirliyi balansında olan altı müxtəlif markalı avtomobil satılıb. Bu nəqliyyat vasitələrinin ilkin satış qiyməti 14 200 manat müəyyən edilsə də, yekun satış məbləği 14 350 manat olub.

Hərracda diqqət çəkən digər nəqliyyat vasitəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus "Qradusiy" təchizat gəmisi olub. 1989-cu ildə istehsal olunan bu gəmi ilkin olaraq 20 000 manata satışa çıxarılıb və eyni qiymətə də satılıb.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Bakı şəhəri üzrə 4 mart 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:

Balanssaxlayıcı təşkilatın adı

Avtonəqliyyat vasitəsinin markası

Dövlət nömrə nişanı

Buraxılış ili

Hərraca çıxarılan ilkin satış qiyməti (manat)

Yekun satış qiyməti (manat)

Protokol №-si və tarixi

1

Müdafiə Nazirliyi

6 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi

Siyahı əlavə olunur

 

14200

14350

03/25 21.01.2025

2

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi

"Qraduşiy" təchizat gəmisi

DGR-1094

1989

20000

20000

03/25 21.01.2025

Seçilən
32
fed.az

1Mənbələr