Ermənistan hakimiyyəti Vaşinqtonun 2000-dən çox ermənini ABŞ-dan deportasiya etmək niyyətindən xəbərdardır.
Yenisabah.az Armenpress-ə istinadla xəbər verior ki, bunu diasporla iş üzrə baş nümayəndə Zare Sinanyan bildirib.
"Bu adamları diaspor adlandırmaq düzgün deyil. Onlar ABŞ-da qalmaq hüququ olmayan Ermənistan vətəndaşlarıdır. Söhbət 2 mindən çox Ermənistan vətəndaşını deportasiya etmək niyyətindən gedir", - Sinanyan izah edib.
Onun sözlərinə görə, real rəqəm daha çox ola bilərdi, bu, sadəcə, ilk partiyadır, bundan əvvəl deportasiya olunanların sayı barədə məlumat yoxdur.
Telegram kanalımız