AZ

“ABŞ-nin yardımı olmadan Ukrayna ordusu uzağı yaya qədər…” - İddia

 

ABŞ-ın silah tədarükünü dayandırmaq qərarından sonra Ukrayna silahlı qüvvələri indiki tempi ilə döyüşləri uzağı  yaya qədər davam etdirə bilər.

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu iddianı  CNN kanalı Qərb rəsmilərinə istinadən tirajlayıb.

Telekanalın qeyd etdiyi kimi, ABŞ-ın əvvəlki prezidenti Co Bayden hakimiyyətinin son aylarında Ukraynaya silah tədarükünü artırıb və bu, ölkəni müasir silahlarla təmin edib.

 

CNN mənbələri Trampın Ukraynaya silah satışını dayandırmaq qərarının fevralın 28-də Oval kabinetdə ABŞ prezidenti ilə qızğın mübahisəyə girən Ukrayna prezidenti Vladimir Zelenskinin “pis davranışına” birbaşa cavab olduğunu bildirib.

 

Elcan

Missiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr