Qusar.Trend:
Martın 4-də Avrasiya Dağ Kurortları Alyansının və Şahdağ TurizmMərkəzinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizmininperspektivləri və imkanları” mövzusunda Avrasiya Dağ Turizm Forumutəşkil olunub.
Trend xəbər verir ki,tədbirdə Dövlət Turizm Agentliyinin rəsmiləri, Alyansa daxil olanAzərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağkurortlarının, həmçinin Belarus, Gürcüstan və QırğızıstanRespublikalarının 150-yə yaxın turizm nümayəndəsi iştirak edib.
Forumun açılışı Alyansa üzv dövlətlərin xizək təlimçilərinin özmilli musiqilərinin müşayiəti altında yürüşü ilə başlayıb.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviriKənan Quluzadə ölkə rəhbərliyinin tapşırığına əsasən Dövlət TurizmAgentliyi tərəfindən son dövrlərdə Azərbaycanda qış və dağturizminin, eləcə də qış idman növlərinin inkişafı, beynəlxalq qışidman tədbirlərinin ölkəmizdə təşkili baxımından bir sıra mühümaddımlar atıldığını qeyd edib. O, həyata keçirilən işlərinnəticəsində mövcud infrastrukturun təkmilləşdirildiyini, yenisalınan və genişləndirilən ərazilərdə standartlara cavab verəninfrastrukturun yaradıldığını, Qış İdman Növləri Federasiyasıtərəfindən beynəlxalq idman təşkilatları və federasiyaları iləbirgə fəaliyyətlərin təşkil edildiyi bildirib. Kənan Quluzadəforumun təkcə Azərbaycanda deyil, Alyansa daxil olan ölkələrinturizm sektorunun inkişafı, regional əməkdaşlığın gücləndirilməsi,yeni marşrutların və innovativ turizm modellərininformalaşdırılması baxımından geniş imkanlar yaradacağınıvurğulayıb.
Dağ kurortlarının modernləşdirilməsi, yeni investisiyaimkanlarının yaradılması və dayanıqlı inkişafın təmin edilməsibaxımından forumun böyük əhəmiyyət kəsb etdiyini deyən Avrasiya DağKurortları Alyansının Baş katibi Andrey Kukuşkin bu sahənintərəqqisi üçün müasir strategiyaların işlənib hazırlanmasınınvacibliyini bildirib. O, müasir strategiyaların hazırlanmasınınmühümlüyünü qeyd edərək Alyans üzvləri ilə əməkdaşlığıngücləndirilməsi və birgə layihələrin reallaşdırılmasının qış-dağturizminin inkişafına və onun ÜDM-də payının artırılmasınaəhəmiyyətli töhfə verəcəyini bildirib. Baş katib hər il turizmsahəsinin aparıcı mütəxəssisləri, dövlət turizm qurumları vəbeynəlxalq təşkilatların iştirakı ilə Avrasiya Dağ TurizmiForumunun (EMTF) təşkil ediləcəyini qeyd edib.
Forumda çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri RüstəmNəcəfov Avrasiya Dağ Turizmi Forumunun birliyin inkişafı,əlaqələrin genişləndirilməsi, regionlarımız və kurortlar arasındaəməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsi baxımındanböyük əhəmiyyət kəsb etdiyini bildirib. O, “Şahdağ”ın Avrasiya DağKurortları Alyansına və Türk Dövlətlərinin Xizək Kurortlarıİttifaqına üzv olmasının geniş işbirliyinin yaradılmasında vəturist cəlbediciliyinin artırılmasında müsbət rol oynadığınıvurğulayıb. Son illərdə “Şahdağ”ın beynəlxalq idman yarışlarınınkeçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrildiyini bildirənRüstəm Nəcəfov bu istiqamətdə Alyans üzvləri ilə idman sahəsindəsıx əməkdaşlığın genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
Martın 6-na kimi davam edəcək Forumda Alyansın 2025-2026-cı ilədair fəaliyyət planı, dağ turizminin inkişafı və turizmmarşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili,Alyans ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, təşkilatıninkişafında vahid standartın yaradılması, qış turizminininkişafında dövlət dəstəyinin təşkili, həmçinin Mərkəzi Asiyaölkələri ilə işbirliyinin artırılmasına dair məsələlər və layihələrmüzakirə olunacaq.
Forum çərçivəsində Alyans ölkələrinin nümayəndələri arasındaxizək yarışı və milli mətbəx festivalı təşkil ediləcək.