AZ

"Planetlər paradı"nın kosmosdan GÖRÜNTÜLƏRİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Astronomiya həvəskarları üçün ən unikal hadisələrdən biri olan "Planetlər paradı"nın kosmosdan görüntüləri yayılıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, kadrları "Roskosmos"un (Rusiya Federal Kosmik Agentliyi) kosmonavtı İvan Vaqner Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsindən çəkib.
"28 fevralda Yer sakinləri eyni anda yeddi planet müşahidə edə bilirdi. Buna "Planetlər paradı" deyirlər, baxmayaraq ki, planetlər bir xətt üzərində deyil və bu tam olaraq "parad" hesab edilmir. Təəssüf ki, biz eyni anda bütün planetləri müşahidə edə bilmirik, çünki göyərtədə az sayda illüminator var və onların baxış bucağı geniş deyil.
Lakin mən o məqamla bağlı bir video çəkdim: ilk saniyələrdə Günəş batarkən Venera görünür, haradasa yaxınlıqda Saturn da olmalıdır, videonun sonunda isə Yupiter görünür. Mars isə kadra düşməyib, bir qədər solda qalıb, amma mənzərəmizi qütb parıltısı tamamlayır. Ümumiyyətlə, videodan zövq alın", - deyə Vaqner bildirib.
Seçilən
130
50
oxu.az

10Mənbələr