AZ

Vens: Zelenski sülhdən imtina etdikcə Oval kabinetə qayıtmayacaq

Bakı, 4 mart, AZƏRTAC

Volodimir Zelenski Ukrayna müharibəsinin həll olunması üzrə sülh sazişinin təfərrüatlarının müzakirəsindən imtina etdikcə Oval kabinetə qayıda bilməyəcək.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Volodimir Zelenski sülh sazişinin təfərrüatlarının müzakirəsindən imtina etdikcə Oval kabinetə və ya başqa yerə qayıda bilməz. O, ABŞ Prezidenti Donald Trampla mübahisə etməklə sülh prosesində iştirakdan açıq şəkildə boyun qaçırdığını göstərdi”, - deyə vitse-prezident bildirib.

Ceyms Devid Vens, həmçinin görüşün ilk yarım saatı ərzində ABŞ liderinin özünə qarşı yönələn tikanlı sözlərə və yalanlara baxmayaraq, mehriban və nəzakətli olmağa çalışdığını qeyd edib. Onun sözlərinə görə, sülh sazişi “heç kəsi xoşbəxt etməyəcək” və hər bir tərəf “nədənsə imtina etməli olacaq”.

Kiyev üçün təhlükəsizlik zəmanətindən danışan siyasətçi bunun üçün ən yaxşı variantın “Ukraynanın gələcəyi ilə bağlı ABŞ-a iqtisadi fürsət verilmək olduğunu” vurğulayıb.

“Bu, hər hansı təsadüfi ölkənin döyüş təcrübəsi olmayan 20 min əsgərindən daha yaxşı təhlükəsizlik zəmanətidir. Ukrayna üçün təhlükəsizlik zəmanəti və iqtisadi təminat ölkənin bərpası və Amerikanın uzunmüddətli maraqlarındadır”, - deyə Ceyms Devid Vens əlavə edib.

Seçilən
46
20
azertag.az

10Mənbələr