AZ

Fatih Terimin komandasında qalmaqal: Futbolçular məşqə çıxmaqdan imtina ediblər

Bakı, 4 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu maliyyə böhranı ilə üzləşib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Fatih Terimin baş məşqçi olduğu komandada futbolçuların maaşları bir müddətdir ödənilmir.

Məvacibini ala bilməyən oyunçular məşqə çıxmaqdan imtina ediblər. Bundan başqa, “Əl-Şabab”ın prezidenti Məhəmməd Əlmünayemin idarəçiliyindən narazı olan bəzi klub rəsmilərinin istefa verdiyi iddia olunur.

Qeyd edək ki, F.Terim ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanı təmsilçisinə baş məşqçi təyin edilib. Hazırda komanda Pro Liqada 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Seçilən
20
azertag.az

1Mənbələr