AZ

Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov serbiyalı həmkarı ilə Adriyana Mesaroviç ilə videokonfrans formatında görüş keçirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin, iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd olunub.
Seçilən
118
50
oxu.az

10Mənbələr